satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada müharibə nəticəsində 514 uşaq həlak olub

Ukraynada müharibə nəticəsində 514 uşaq həlak olub

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 514 uşaq həlak olub. Bu, yekun rəqəmlər deyil.

Bu barədə Naxçıvan televiziyası Ukrayna Baş prokurorluğuna istinadla məlumat yayıb.

Qeyd olunub ki, müharibə zamanı 1172 uşaq müxtəlif xəsarət alıb.

Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir. Uşaqların ən çox Donetsk (498), Xarkov (306), Kiyev (129), Xerson (143), Nikolayev (97), Zaporojye (100), Çerniqov (72) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM