satellite   Azerspace-1: 11135 H 30000

Aİ müddəti bitmiş COVID-19 dərmanlarına görə 2 milyard dollardan çox vəsait itirə bilər

Aİ müddəti bitmiş COVID-19 dərmanlarına görə 2 milyard dollardan çox vəsait itirə bilər

Avropa ölkələri 2024-cü ilin fevralına qədər koronavirus dərmanlarının istifadə müddəti bitdiyinə görə 2,2 milyard dollardan çox vəsait itirə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Financial Times” “Airfinity” analitik qrupunun məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın “Pfizer” şirkətinin vaxtı keçmiş “Paxlovid” peyvəndləri səbəbindən artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyon doza çatacaq.

"Hökumətlər yüksək effektiv antiviral dərman əldə etməkdə maraqlı idilər və bir çox naməlum amilləri nəzərə almaqla tələbi qiymətləndirmək kimi çətin vəzifə ilə üzləşdilər", - deyə “Airfinity” analitiki Marco Galloto dərmanın həddindən artıq tədarükünün səbəbini izah edib.

“Pfizer” həmçinin vaxtı keçmiş peyvəndlərin kütləvi şəkildə utilizasiyasını "pandemiyanın qaçılmaz nəticəsi, istehsalçıların və hökumətlərin öz əhalisini qorumaq üçün ictimai sağlamlıq böhranını mümkün qədər tez aradan qaldırmağa çalışmanın təbii nəticəsi" adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM