satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 60-ı ötüb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 60-ı ötüb

Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ölənlərin ümumi sayı 62 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM