satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə kilsə və sinaqoqlara hücuma hazırlaşan 25 İŞİD üzvü həbs olunub

Türkiyədə kilsə və sinaqoqlara hücuma hazırlaşan 25 İŞİD üzvü həbs olunub

Türkiyənin İstanbul şəhərində kilsə və sinaqoqlara hücuma hazırlaşmaqda təqsirləndirilən 25 nəfər həbs olunub.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən il dekabrın 29-da Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbə Müdirliyinin həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan 32 şübhəlidən 25-i həbs edilib.

Onlardan 5-i barəsində məhkəmə nəzarəti hökmü tətbiq edilib, 2 nəfəri ölkədən deportasiya olunub, 25 nəfəri isə məhkəmənin hökmü ilə həbs edilib.

Qeyd olunub ki, İŞİD üzvləri olan bu şəxslər ölkə ərazisində sinaqoq və kilsələrə hücuma hazırlaşmaqda şübhəli biliniblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM