Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, hazırda ölü və yaralılar hadisə yerindən təxliyə edilir.
İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.
