satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu terrorçuların istifadə etdiyi 8 qatlı mağara aşkarlayıb

Türkiyə ordusu terrorçuların istifadə etdiyi 8 qatlı mağara aşkarlayıb

Türkiyənin Bingöl vilayətində həyata keçirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağara aşkar edilib.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, mağarada aparılan axtarışlar zamanı 17 ədəd istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, 4 ədəd güllə darağı, 250 ədəd akkumulyator, 14 ədəd çəllək, müxtəlif həyat və sağlamlıq ləvazimatları, qazma alətləri, mətbəx sobası və benzin ələ keçirilib.

Əməliyyat zamanı tapılan ləvazimatlar məhv edilib və mağara yararsız hala salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM