satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-yə məxsus bombardmançı təyyarə qəzaya uğrayıb

ABŞ-yə məxsus bombardmançı təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Cənubi Dakotadakı “Ellsworth” bazasına enməyə cəhd edərkən qəzaya uğrayıb.

Bu barədə Naxçıvan televiziyası “ABC News”a istinadən xəbər verir.

Təyyarədə 4 pilotdan ibarət ekipajın olduğu bildirilir. Onların hamısı uğurla katapulta edib, heç kim xəsarət almayıb.

Qəza təlim uçuşu zamanı baş verib. Qeyd olunur ki, təlim zamanı pis hava şəraiti və şiddətli şaxta olub.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. “Ellsworth” aviabazası müvəqqəti olaraq uçuşlara bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM