satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Ali Radasının sabiq sədri vəfat edib

Ukrayna Ali Radasının sabiq sədri vəfat edib

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə aparıcı Mıkola Kanişevski feysbukda yazıb.

Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. O, əvvəlcə Kəndli Partiyasını, 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.

Son 10 ildə siyasətçi xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. Mart ayında Tkaçenkonun 85 yaşı tamam olacaqdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM