satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti ABŞ-nin Dövlət katibi ilə görüşüb

Türkiyə Prezidenti ABŞ-nin Dövlət katibi ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan ABŞ-nin Dövlət katibi Antoni Blinkeni qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, İstanbulun Vahdettin Köşkündə baş tutan görüş mətbuata qapalı keçirilib.

Blinken Ərdoğan ilə görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Nazirliyin rəsmi X hesabından edilən açıqlamada, görüş zamanı İsrail-Fələstin qarşıdurması, humanitar böhran, İsveçin NATO-ya üzvlük prosesi, ikitərəfli və regional məsələlərin müzakirə olunduğu bildirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM