satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsi anılır

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsi anılır

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün müxtəlif tədbirlər təşkil olunub.

Naxçıvan televiziyası xəbər verir ki, anım mərasimləri çərçivəsində yürüş keçirilib. Yürüşdə hökumət nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlmiş minlərlə ziyarətçi iştirak edib.

Sonra tədbir iştirakçıları Yuxarı Sarıqamış Şəhidlər Xiyabanını ziyarət ediblər. Ay-Ulduz Təpə bölgəsində toplaşan izdiham 109 il əvvəl baş verən faciənin qurbanlarını ehtiramla anıb. Tədbirə Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Qars valisi Ziya Polat, Sarıqamış kaymakamı Enis Aslantatar ilə yanaşı, çox sayda siyasətçi və məmur qatılıb.

Sarıqamış şəhidlərinin xatirəsi Türkiyənin müxtəlif bölgələrində fərqli formalarda anılır. Qızılçubuk bölgəsində bu məqsədilə ilk dəfə qardan heykəllər hazırlanıb. Heykəllər vasitəsilə Sarıqamış hərəkatı canlandırılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunmuş xüsusi videoçarx hazırlayıb. Ölkənin bütün məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM