satellite   Azerspace-1: 11135 H 30000

Aİ Şurasının prezidenti Avropa Parlamentinə seçkilərə qədər istefa verməyəcək

Aİ Şurasının prezidenti Avropa Parlamentinə seçkilərə qədər istefa verməyəcək

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə seçkilərə qədər tutduğu vəzifədən istefa verməyəcək, o, öz funksiyalarını seçkilərə hazırlıqla birləşdirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.

Aİ rəhbərinin səlahiyyətləri planlaşdırılandan beş ay əvvəl Mişelin varisinə veriləcək. Bu, 2024-cü ilin iyununda baş verəcək.

Mənbə vurğulayıb ki, Mişel hazırkı səlahiyyətləri başa çatmamış Avropa Parlamentinə seçkilərdə namizədliyinin irəli sürülməsinin Avropa İttifaqını zəiflətməyəcəyinə əminliyini ifadə edib. Mənbə bildirib ki, seçkilərdə iştirak onun demokratik legitimliyini yalnız gücləndirəcək.

Bundan əvvəl məlum olub ki, qurumun rəhbəri Şarl Mişel istefa verdikdən sonra Avropa Şurasına sədrlik müvəqqəti olaraq Macarıstanın baş naziri Viktor Orbana keçə bilər, çünki bu ölkə 2024-cü ilin iyulundan dekabr ayına kimi Avropa Şurasına sədrlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM