satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb

Pakistanda partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb

Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda baş verən partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb, 10-u yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti xilasedicilərə və polis orqanlarına istinadla məlumat yayıb.

İlkin məlumata görə, polis avtomobili partlayıb. Ölənlər və yaralananlar poliomielit vaksinasiyası zamanı təhlükəsizliyin təmin edilməsinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Dawn qəzetinin məlumatına görə isə partlayışda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM