satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada müharibə nəticəsində 520 uşaq ölüb

Ukraynada müharibə nəticəsində 520 uşaq ölüb

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 520 uşaq ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında bildirilib.

"8 yanvar 2024-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər 520 uşaq həlak olub, 1186 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu, yekun rəqəm deyil, aktiv hərbi əməliyyatlar aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə məlumat toplanması davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM