satellite   Azerspace-1: 11135 H 30000

Moldovada güclü qar səbəbindən məktəb tətilləri uzadılıb

Moldovada güclü qar səbəbindən məktəb tətilləri uzadılıb

Moldovanın Fövqəladə Hallar Komissiyası güclü qar səbəbindən məktəb tətilini iki gün uzatmağı qərara alıb.

Naxçıvan televiziyası  xəbər verir ki, komissiyanın qərarına əsasən, “narıncı” meteoroloji təhlükə səviyyəsi ilə əlaqədar məktəblərdə tətil yanvarın 11-dək uzadılıb. Eyni zamanda, paytaxt Kişineu da daxil bəzi şəhərlərdə qar və buztəmizləmə işləri ilə məşğul olanlar, həmçinin sanitar xidməti göstərənlər və risk altındakı insanlara xidmət edənlər istisna olmaqla dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, ötən gündən Moldovaya güclü qar yağmağa başlayıb. Eyni zamanda, bütün ölkə ərazisində havanın temperaturu kəskin enib. Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin müxtəlif bölgələrində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Meteoroloqların məlumatına görə, yağıntı gecə yarısından sonra dayanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM