satellite   Azerspace-1: 11135 H 30000

“Türk Hava Yolları” ötən il 83,4 milyon sərnişin daşıyıb

“Türk Hava Yolları” ötən il 83,4 milyon sərnişin daşıyıb

Ötən il “Türk Hava Yolları” (THY) aviaşirkətinin xidmətindən istifadə edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 16,1 faiz artaraq 83,4 milyon nəfər olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə aviaşirkətin illik hesabatında bildirilib.

Məlumata əsasən, THY-nin tranzit səfərlərindən istifadə edən sərnişinlərin sayı 27,1 faiz artaraq 29,8 milyon nəfərə çatıb. Şirkət təyyarələrinin doluluq səviyyəsi xarici reyslərdə 82,4 faiz, ölkədaxili səfərlərdə isə 84,3 faiz olaraq qeydə alınıb.

Ötən il THY vasitəsilə 1,66 milyon ton karqo və poçt göndərişləri daşınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM