satellite   Azerspace-1: 11135 H 30000

İrəvan Moskva ilə silah tədarükü ilə bağlı danışıqları davam etdirir

İrəvan Moskva ilə silah tədarükü ilə bağlı danışıqları davam etdirir

Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarükü məsələsini həll etmək üçün danışıqları davam etdirirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

“Rusiya ilə təhvil verilməmiş silahlarla bağlı danışıqlar davam edir. 2021-ci ildən Ermənistanın Rusiya ilə çoxlu müqavilələri var ki, bu sənədlərə əsasən silah verilmirdi. Bu müqavilələr üzrə danışıqlar davam edir”, – o söyləyib.

O qeyd edib ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıqla bağlı yeni sənədlər yoxdur.

“Mövcud razılaşmalar çərçivəsində yenilənmələr aparılır, danışıqlar yenidən aparılır. Bu o deməkdir ki, bəzi hallarda müqavilələr yenilənir, bəzi hallarda maliyyə məsələləri başqa variantlarla həll olunur”, – Qriqoryan bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM