satellite   Azerspace-1: 11135 H 30000

ABŞ müdafiə nazirinin son durumu açıqlanıb: "Özünü pis hiss edir"

ABŞ müdafiə nazirinin son durumu açıqlanıb: "Özünü pis hiss edir"

ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostinin son durumu məlum olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

Bildirilib ki, o, Merilend ştatındakı Uolter Rid Milli Tibb Mərkəzindədir: “Ostin artıq reanimasiyada deyil. Amma hələ də özünü pis hiss etməkdə davam edir. Buna baxmayaraq, proqnozlar yaxşıdır”.

Nazirin evə buraxılacağı tarix məlum deyil.

Qeyd edək ki, 70 yaşlı nazir səhhətindəki problemlərlə əlaqədar yanvarın 1-də xəstəxanaya yerləşdirilib. O, 4 gün reanimasiya şöbəsində qalıb.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ Müdafiə Nazirliyi Ostinin harada olması barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM