satellite   Azerspace-1: 11135 H 30000

İordaniya Suriyada İranın dəstəklədiyi qüvvələrin obyektini vurub

İordaniya Suriyada İranın dəstəklədiyi qüvvələrin obyektini vurub

İordaniyanın Hava Hücumundan Müdafiə Qüvvələri yanvarın 9-da Suriyanın cənubunda Əs-Sueyd dairəsində İranın dəstəklədiyi qüvvələrə məxsus obyektlərə zərbə endirib.

Naxçıvan televiziyası “Newsru.co.il”ə istinadən xəbər verir ki, həmin dəstə silah və narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olurmuş.

Məlumata görə, bu, son günlər ərzində İordaniya aviasiyasının Suriya ərazisinə endirdiyi ikinci hava həmləsidir.

“Azad İran”ın məlumatına əsasən, İsrailin Suriya paytaxtının cənub-qərbinə hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) komandirlərindən biri, Həsən Əsgri ölüb.

Qeyd edək ki, ötən gün Suriyada “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-nin hərbi bazasına 30-a yaxın raket atılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM