satellite   Azerspace-1: 11135 H 30000

Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır"

Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır"

Dörd ərəb ölkəsi və Türkiyə ABŞ-ni İsraillə HƏMAS arasında münaqişə başa çatdıqdan sonra Qəzza zolağının bərpası və anklavın idarə olunmasının planlaşdırılmasında əməkdaşlığa hazır olduqlarına inandırıblar.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

“Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın gələcəyini planlaşdırmaqda iştirak etməyi nəzərdən keçirəcəklər: “Ölkə liderləri Qəzzanın zolağındakı vəziyyətin sabitləşməsinə və bərpasına kömək etmək, fələstinlilər üçün siyasi yol müəyyənləşdirmək və bütövlükdə regionda uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik istiqamətində işləmək üçün əməkdaşlıq barədə razılığa gəliblər”.

Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM