satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Oryol vilayətinə PUA-larla hücum olub, yanacaq-energetika kompleksi vurulub

Rusiyanın Oryol vilayətinə PUA-larla hücum olub, yanacaq-energetika kompleksi vurulub

Rusiyanın Oryol vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Naxçıvan televiziyası xəbər verir ki, bunu vilayətin qubernatoru Andrey Klıçkov bildirib.

Onun sözlərinə görə, PUA-lar yanacaq-energetika kompleksinə zərbələr endirib. Nəticədə yanğın baş verib.

A.Klıçkov yanğının lokallaşdırıldığını və 2 PUA-nın zərərsizləşdirdiyini söyləyib.

Qubernatorun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Vəziyyət nəzarət altındadır. O, şəhər sakinlərinə ayıq-sayıq olmaları barədə çağırış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM