satellite   Azerspace-1: 11135 H 30000

Husilər Qırmızı dənizdə gəmilərə 26 dəfə hücum edib

Husilər Qırmızı dənizdə gəmilərə 26 dəfə hücum edib

Yəmənin üsyançı “Ansar Allah” (Husi) hərəkatının silahlıları noyabrın 19-dan bu günədək Qırmızı dənizdə 26 hücum həyata keçirib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“Yanvarın 9-da husilər Yəmənin nəzarətindəki ərazidən Qırmızı dənizin cənubunda beynəlxalq dəniz zolaqlarına doğru PUA, gəmi əleyhinə qanadlı raketlər və gəmi əleyhinə ballistik raketlərdən istifadə edərək onlarla kompleks hücuma keçiblər”, - açıqlamada deyilir.

“Bu, husilərin 19 noyabrdan bəri Qırmızı dənizdəki ticarət yollarına 26-cı hücumudur”, - komandanlıq aydınlaşdırıb. Tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur.

ABŞ Komandanlığının məlumatına görə, “18 İHA, 2 gəmi əleyhinə qanadlı raket və 1 gəmi əleyhinə ballistik raket” vurulub. CNN-in çərşənbə axşamı verdiyi məlumata görə, ABŞ-nin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə husilərin Yəməndən atdığı 24 raket və pilotsuz uçan aparatı vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM