satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada zəlzələ qurbanlarının sayı 206 nəfərə çatıb

Yaponiyada zəlzələ qurbanlarının sayı 206 nəfərə çatıb

Yaponiyanın qərb sahillərində baş vermiş 7,6 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 206 nəfərə çatıb.

Naxçıvan televiziyası Yaponiya mətbuatına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 91 nəfər Suzu, 81 nəfər Uacima, 20 nəfər Anamizu şəhərlərində, daha bir neçə nəfər isə digər dörd şəhərdə həlak olub.

7 nəfərin təxliyə mərkəzlərində vəfat etdiyi bildirilir.

İşikava rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində 566 nəfər xəsarət alıb, 1 787 ev dağılıb və ya ciddi zədələnib.

Məlumata görə, təbii fəlakət təxminən 30 min nəfəri evsiz qoyub.

Zəlzələdən sonra 1000-dən çox afterşok qeydə alınıb. İtkin düşən 52 nəfərin axtarışlarının davam etdirildiyi bildirilir.

Həmçinin hündürlüyü 3 metr olan sunami sahilyanı evləri basıb, Uacima şəhərinin bir hissəsində güclü yanğın baş verib.

Rəsmilər sığınacaqlardakı insanlar arasında infeksiyon xəstəliklərin yayılması riski ilə bağlı xəbərdarlıq ediblər. Qida və içməli su çatışmazlığı olduğu, insanların havaların soyuduğu bir vaxtda soyuq döşəmələrdə yatdığı bildirilir.

Təbii fəlakətə reaksiyası səbəbilə tənqidlərə məruz qalan hökumətin xərclərinin artacağı qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM