satellite   Azerspace-1: 11135 H 30000

Məhkəmə Ermənistanın keçmiş müdafiə nazirini azadlığa buraxmayıb

Məhkəmə Ermənistanın keçmiş müdafiə nazirini azadlığa buraxmayıb

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan hələ həbsdə qalacaq.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə keçmiş nazirin vəkili Andranik Manukyan bildirib.

Onun sözlərinə görə, Antikorrupsiya Məhkəməsi David Tonoyanın sərbəst buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, 2018-ci il mayın 10-dan 2020-ci il noyabrın 20-dək müdafiə naziri olmuş David Tonoyan yararsız aviasiyaya aid döyüş sursatı almaqda ittiham olunur. O, 2021-ci ilin sentyabrında həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM