Rusiyadan 200-dən artıq arxiv sənədi Naxçıvana gətirilib - VİDEO

Ötən il alimlərimiz tərəfindən Türkiyənin Ankara şəhərindəki arxivlərdən Naxçıvanın tarixi ilə bağlı 3500-dən artıq sənəd gətirilib. Müxtəlif dillərdə yazılan kitablar və sənədlər tədqiq edildikdən sonra arxivlərə yerləşdirilib.

Bu dəfə isə AMEA Naxçıvan Bölməsinin tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev və Yaşar Rəhimov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Tarix Arxivindən Naxçıvanın tarixi ilə bağlı 19-20-ci əsrlərə aid mühüm tarixi sənədlər əldə ediblər.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM