NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziya 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir - FOTOLAR

NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziya 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir<font color=red> - FOTOLAR</font> NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziya 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, gimnaziyaya şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin V sinfini bitirmiş oğlan və qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Gimnaziyaya qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

 -Şəxsiyyət vəsiqəsinin surəti

 - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil

 - Təhsil aldığı məktəbdən arayış

Sənədlər 08 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixə qədər saat 900-dan 1800-dək Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyada qəbul ediləcəkdir.  

Müsabiqə 20 avqust 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində saat 1000-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.

Şagirdlərin nəzərinə çatdırılır ki, Gimnaziyaya qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə:

1. Azərbaycan dili – 20

2. Riyaziyyat – 25

3. İngilis dili – 35

4. Tarix – 10

5. Təbiət – 10

Cəmi: 100 Sual

Muxtar Respublika üzrə 30 qız, 30 oğlan olmaqla ən yüksək nəticə göstərən 60 şagird Gimnaziyaya qəbul olunacaqdır.

Əlaqə nömrəsi: 550-50-16

070 577 67 71

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM