satellite   Azerspace-1: 11135 H 30000

Rektordan abituriyentlərə müraciət: Qarabağ Universitetini ilk sırada yazın

Rektordan abituriyentlərə müraciət: Qarabağ Universitetini ilk sırada yazın

Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, rektor jurnalistlərə açıqlamasında abituriyentlərə çağırış edərək deyib ki, ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar.

Ş.Bayramov bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var.

“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olun. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”, - rektor vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM