satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ümumtəhsil məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

Naxçıvanda ümumtəhsil məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 24-də muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək.

Müsabiqə 60 komanda olmaqla, 200-ə yaxın komanda üzvünün iştirakı ilə Naxçıvan Şəhər Uşaq- Gənclər Şahmat Məktəbində təşkil olunacaq.  

Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim- Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılacaq və qalib komandalar medal, fəxri fərman, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM