NTV xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahanda muxtar respublikanın ümumtəhsil müəssisələrindən 188 şagird 250-300 intervalında bal toplayıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində isə 146 şagird 250-300 intervalında bal toplamışdı.
Buraxılış imtahanında uğurlu nəticə göstərən şagirdlərimizi təbrik edirik!