satellite   Azerspace-1: 11135 H 30000

Tariximizə işıq tutan yeni tapıntılar - FOTOLAR

Tariximizə işıq tutan yeni tapıntılar   <font color=red> - FOTOLAR</font> Tariximizə işıq tutan yeni tapıntılar   <font color=red> - FOTOLAR</font>

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəli oğlu Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası 19 may 2025-ci il tarixindən etibarən arxeoloji qazıntılara başlamışdır. 
NTV AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən bildirir ki, Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri, obsisian parçaları aşkar olunmuşdur. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olmuşdur. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olmuşdur. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM