satellite   Azerspace-1: 11135 H 30000

Konstitusiya və uşaq hüquqları ilə bağlı kitabın təqdimatı keçirilib - FOTOLAR

Konstitusiya və uşaq hüquqları ilə bağlı kitabın təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> Konstitusiya və uşaq hüquqları ilə bağlı kitabın təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font> Konstitusiya və uşaq hüquqları ilə bağlı kitabın təqdimatı keçirilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə 14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) maliyyə dəstəyi Bakıda yeni maarifləndirici mədəni layihə çərçivəsində çap olunan uşaqlar üçün Konstitusiyaya və insan hüquqlarına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

NTV xəbər verir ki, mərasimdə vəkillər, hüquqşünaslar, müəllimlər, media nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil edir.

Təqdim olunan “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın çap edilməsinin məqsədi uşaqları hüquq dünyasına sadə, canlı və maraqlı hekayələr vasitəsilə cəlb etməkdir. Kitabda hər bir hekayə Azərbaycan Respublikası Konstitusiyasının maddələrindən birini əhatə edir və uşaqlar üçün anlaşıqlı şəkildə izah edilir. Hekayələrin qəhrəmanları uşaqlardır - onların dili ilə azadlıq, bərabərlik, təhsil, müdafiə və şəxsiyyətə hörmət kimi fundamental hüquqlar izah olunur.

Kitabın müəllifi “Legalaid” hüquq şirkətinin təsisçisi, VK-nın üzvü Sona Səlimli-Ələsgərovadır. Müəllifin fikrincə hüquqi biliklər elə uşaqlıqdan formalaşmalıdır. Bu kitab da məhz hüququn uşaqlara yaxınlaşdırılması məqsədilə hazırlanıb.

Kitab Azərbaycan və rus dillərində nəşr edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM