satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ Universitetinin rektoru: Missiyamız məzunları qlobal səviyyədə hazırlamaqdır

Qarabağ Universitetinin rektoru: Missiyamız məzunları qlobal səviyyədə hazırlamaqdır

Əsas missiyamız məzunları qlobal səviyyədə hazırlamaqdır. NTV xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov ADA Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, Qarabağ Universiteti həm yerli, həm də xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq edir:

"Universitetimizdə savadlı və peşəkar müəllim heyəti fəaliyyət göstərir. Xankəndidə yerləşən universitetimiz yenidən dirçəldilən bir torpaqda – Qarabağda fəaliyyət göstərir. Burada müstəqil Azərbaycanın gələcəyini quracaq gənclər yetişdirilir. Əsas strateji missiyamız odur ki, məzunları qlobal səviyyədə hazırlayaq".

Ş.Bayramov əlavə edib ki, universitetdə yalnız akademik deyil, sosial cəhətdən də tələbələrin rifahına önəm verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM