satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Qızlar və Şərur Şəhər Fizika -Riyaziyyat Təmayyülü liseylərinə qəbul imtahanı keçirilib - FOTOLAR

Naxçıvan Qızlar və Şərur Şəhər Fizika -Riyaziyyat Təmayyülü liseylərinə qəbul imtahanı keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Qızlar və Şərur Şəhər Fizika -Riyaziyyat Təmayyülü liseylərinə qəbul imtahanı keçirilib<font color=red> - FOTOLAR</font>

NTV  xəbər verir ki, iyunun 25-də 2025-2026-cı tədris ili üçün Naxçıvan Qızlar və  Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib.

İmtahanlarda VI və VII sinifləri bitirən şagirdlər iştirak edib.

Naxçıvan Qızlar Liseyində keçirilən imtahanda   63,   Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən qəbul imtahanında isə 234 şagird imtahan verib. 

İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 60 sual  təqdim olunub və 150 dəqiqə vaxt ayrılıb.

Məlumat üçün bildirək ki, liseylərə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.

İmtahan nəticələri iyulun 9-dan etibarən şagirdlərin elektron yerdəyişmə portalında (sy.edu.az) yerləşdiriləcək.

Qeyd edək ki, ötən tədris ilindən  muxtar respublikada  liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM