satellite   Azerspace-1: 11135 H 30000

Rezidentura və magistraturaya qəbul imtahanları elektronlaşdırılacaq

Rezidentura və magistraturaya qəbul imtahanları elektronlaşdırılacaq

Növbəti mərhələdə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanı elektronlaşdırılacaq.

NTV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, artıq bu imtahanın hər iki mərhələsinin sınaq versiyaları ictimaiyyətə təqdim olunub. Sentyabrdan etibarən bu imtahanlar tam elektron formada keçiriləcək.

O qeyd edib ki, bundan sonra rezidenturaya qəbul imtahanın elektronlaşdırılması nəzərdə tutulur: “Namizəd sayı az olduğu üçün bu proses texniki baxımdan mümkündür. Daha sonra isə Azərbaycan dili (dövlət dili kimi) imtahanı rəqəmsallaşdırılacaq. Sonrakı mərhələdə magistratura imtahanlarının elektronlaşdırılması planlaşdırılır. Lakin bu, imtahan dizaynının tam hazır olması və hüquqi-normativ sənədlərin uyğunlaşdırılması ilə paralel şəkildə həyata keçiriləcək. Bütün bu proseslər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM