satellite   Azerspace-1: 11135 H 30000

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 28-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən NTV-yə bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri noyabrın 18-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının bölməsinə elektron formada və ya ‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM