satellite   Azerspace-1: 11135 H 30000

Magistraturaya qəbul planı artırılıb

Magistraturaya qəbul planı artırılıb

2026-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün ümumilikdə 17 min 688 plan yeri ayrılıb. Onlardan 7022-si dövlət sifarişli yerlərdir.

Bu barədə NTV-yə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən illə müqayisədə magistratura üzrə plan yerlərinin sayı 4,99 faiz artırılıb. Ayrı-ayrı qəbul proqramları üzrə plan yerlərində dəyişiklik edilib. Bəzi proqramlar üzrə plan yerləri artırıldığı halda, bəzilərində azalma qeydə alınıb.

Rus bölməsi üzrə plan yerlərinin sayı azalsa da, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqəyə təqdim olunan yerlərin sayı əhəmiyyətli dərəcədə artıb. Əgər 2025-ci ildə birgə müsabiqə üçün 4414 yer ayrılmışdısa, 2026-cı ildə bu göstərici 15 min 511-ə çatdırılıb.

Qeyd olunub ki, birgə müsabiqəyə təqdim edilən yerlərin böyük əksəriyyəti üzrə tədris Azərbaycan dilində aparılacaq. 2025/2026-cı il qəbul proqramları üzrə plan yerləri ilə buradan tanış ola bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM