Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupları, eləcə də B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqrupları üzrə test imtahanları keçirəcək.
DİM-dən NTV-yə bildirilib ki, imtahanlar saat 10:00 və 16:00-da başlanacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar. İmtahana buraxılış vərəqələrində imtahanın keçiriləcəyi yer, vaxt, bina, namizədin gəlməli olduğu saat və digər zəruri məlumatlar əks olunub. Qeyd edilib ki, imtahanlara qeydiyyat iyunun 16-dan iyulun 9-dək aparılıb. Bu müddət ərzində 1864 namizəd iştirak üçün ərizə təqdim edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytından buraxılış vərəqəsini çap edə bilərlər. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər.
İmtahanlar elektron formada Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.
