satellite   Azerspace-1: 11135 H 30000

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Ağdam rayonunda tədqiqat aparıblar - FOTOLAR

Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Ağdam rayonunda tədqiqat aparıblar<font color=red> - FOTOLAR</font> Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Ağdam rayonunda tədqiqat aparıblar<font color=red> - FOTOLAR</font>

Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun Su biosistemlərinin tədqiqi laboratoriyasının müdiri biologiya elmlər doktoru Asif Manafov, baş elmi işçi biologiya elmləri doktoru Mahir Hüseynov, kiçik elmi işçilər Aynur Hacıağayeva və Nərmin Nəsirova Ağdam rayonunda tədqiqat aparıblar.

İnstitutdan NTV-yə bildirilib ki, tədqiqat müddətində Ağdam və Tərtər rayonları ərazisinə və qismən Ağdərə rayonu ərazisinə daxil olan bəzi sututarlarda (Xaçınçay, Xaçınçay su anbarı, Qarqarçay, Ağdamkənd su anbarı və Tərtərçay) ilkin müşahidələr aparılaraq, gələcəkdə mütəmadi olaraq material toplamağa imkan verəcək biotoplar müəyyən edilib.

Xüsusilə Xaçınçay su anbarının müxtəlif hissələrində müşahidələr aparılaraq molyusk, müxtəlif qruplardan olan həşərat sürfələri, zəli, xərçəng və balıq körpələrindən ibarət nümunələr əldə edilib.

Əldə olunan tədqiqat materialları analiz aparılması, növ tərkibinin müəyyənləşdirilməsi və su ekosistemlərinin bioloji müxtəlifliyinin qiymətləndirilməsi məqsədilə müvafiq metodik tələblərə uyğun şəkildə konservasiya edilərək laboratoriyaya çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM