satellite   Azerspace-1: 11135 H 30000

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

2026-2027-ci tədris ili üzrə X sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılır.

Bu barədə NTV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 27-də saat 15:00-dan etibarən X sinif şagirdlərinin elektron yerdəyişməsi həyata keçiriləcək. Yerdəyişmə prosesi sy.edu.az portalı vasitəsilə aparılacaq.

Qeyd olunub ki, 2026-2027-ci tədris ili üzrə II–IX və XI sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi avqustun 20-də saat 15:00-dan başlayıb və hazırda davam edir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM