satellite   Azerspace-1: 11135 H 30000

Emin Əmrullayev: 865 məktəb direktorunun, 2343 direktor müavininin vəzifə maaşına əlavələr veriləcək

Emin Əmrullayev: 865 məktəb direktorunun, 2343 direktor müavininin vəzifə maaşına əlavələr veriləcək

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələr veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil olunan brifinqdə deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 18-də “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Avqustun 22-də isə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM