satellite   Azerspace-1: 11135 H 30000

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 2-dən başlanacaq

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 2-dən başlanacaq

2022-2023-cü tədris ili üzrə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) teleqram kanalında yer alıb.

Xatirladaq ki, DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

“Abituriyent” jurnalının 5-ci nömrəsində 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM