satellite   Azerspace-1: 11135 H 30000

2022/2023-cü tədris ilində buraxılış imtahanları ilə əlaqədar görüləcək işlərin təqvim planı təsdiqlənib

2022/2023-cü tədris ilində buraxılış imtahanları ilə əlaqədar görüləcək işlərin təqvim planı təsdiqlənib

2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun attestasiya ilə əlaqədar görüləcək işlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) yeni təqvim planı təsdiq edilib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “Şagird-məzun” dövlət elektron məlumat sisteminə 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM