satellite   Azerspace-1: 11135 H 30000

“Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının cari ildə 3-cü nömrəsi nəşr olunub.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə AMEA-dan məlumat verilib. Bildirilib ki, yeni sayda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Heydər Əliyev İli”nin mükəmməl yol xəritəsi və vəzifələrimiz”, akademik İsmayıl Hacıyevin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” sərlövhəli məqalələri yer alıb. Oxucular yeni nömrədə, həmçinin dosent Pərvin Ahənçinin “Nobel Qardaşları”nın Bakı neft sənayesinə töhfəsi”, tarixçi-alim Ramin Əlizadənin “Qarabağ xanı Mehdiqulu xanın Zəngəzurda tarixi mirası – Qubadlı, Xanlıq və digər yaşayış məntəqələri”, dosent Rübabə Şirinovanın “Xan qızı Natəvanın İrəvan xanlığı ilə qohumluğu”, Orxan İsayevin “İrəvan qalasının müdafiəsindən bəhs edən əsər”, dosent Anar Hüseynovun “Ekoloji fəlakət yaşayan Araz çayı” sərlövhəli məqalələri ilə tanış ola bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM