satellite   Azerspace-1: 11135 H 30000

Təhsil krediti alan tələbələrin sayı 10 mini keçib

Təhsil krediti alan tələbələrin sayı 10 mini keçib

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, cari semestr üzrə bu günədək 3312 tələbə kredit almaq hüququ əldə edib.

Onlardan 1168-i sosial, 1796-sı isə standart növ təhsil kreditidir. Bununla da, ümumilikdə 10127 tələbəyə kredit verilib.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM