satellite   Azerspace-1: 11135 H 30000

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28. (DİM-in binası), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM