satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Müəllimlər İnstitutunda tarixi günlər qeyd edilib - FOTOLAR

Naxçıvan Müəllimlər İnstitutunda tarixi günlər qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda tarixi günlər qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda tarixi günlər qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda tarixi günlər qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Müəllimlər İnstitutunda tarixi günlər qeyd edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Müəllimlər İnstitutunda qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, bu gün tariximizin ən şanlı səhifələri Zəfər günlərimizlə, dövlət bayrağımızla bəzənir. Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız vüqarla dalğalanır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımdan müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

İnstitutun müəllimi Qorxmaz Hacızadə Dövlət Bayrağı Gününün təsis olunması və mahiyyəti barədə məlumat verib. Qeyd edib ki, bu gün muxtar respublikamızın hər yerində bayraq meydanlarının salınması, Naxçıvan şəhərində Dövlət Bayrağı Muzeyinin fəaliyyəti və muzeyə ekskursiyaların təşkili dövlət atributlarımıza ehtiram və hörmətin dərin ifadəsi olmaqla gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.

Tədbirdə iştirak edən qazilər döyüş xatirələrini paylaşıb, hərbçilərimizin qəhrəmanlıqlarından söz açıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tədbirin davamında tələbələr vətənpərvərlik mövzusunda səhnəcik göstərib, şeirlər bədii qiraət edib, mahnı və rəqs nömrələri nümayiş etdiriblər.

Sonda tələbələrin 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr etdikləri sərgiyə baxış keçirilib.

Sevgili Mustafazadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM