satellite   Azerspace-1: 11135 H 30000

Cari tədris ilinin payız sessiyasında 3056 nəfər təhsil tələbə krediti alıb

Cari tədris ilinin payız sessiyasında 3056 nəfər təhsil tələbə krediti alıb

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bu günə qədər 5580 nəfər kredit almaq üçün müraciət edib.

Onlardan 973 nəfərin müraciəti natamam olub. 682 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 576 nəfərin müraciətinə imtina cavabı verilib, 293 nəfərin müraciəti isə banka yönləndirilib.

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 3056 nəfərə TTK verilib. Onların arasından 1200 nəfərin müraciəti sosial TTK, 1856 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM