satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetində Konstitusiya Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetində Konstitusiya Günü münasibətilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Konstitusiya Günü münasibətilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Vurğulanıb ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə və cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, yeni milli konstitusiyanın hazırlanmasına və qəbuluna da şərait yaradıb. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.

“Milli Konstitusiyamız siyasi-ideoloji və hüquqi tərbiyə müstəvisində” mövzusunda Hüquq fənləri kafedrasının müəllimi, dosent Elman Cəfərli çıxış edib.

Tədbirdə “Hüquqşünalıq” ixtisası üzrə II kurs tələbəsi Toğrul Bəylərov “Azərbaycan Respublikasının Konstitusiyası və gənclər siyasəti” mövzusuna toxunub.

Məmmədbağır Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM