satellite   Azerspace-1: 11135 H 30000

“Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” kitabının təqdimatı olub - FOTOLAR

“Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” kitabının təqdimatı olub<font color=red> - FOTOLAR</font> “Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” kitabının təqdimatı olub<font color=red> - FOTOLAR</font> “Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” kitabının təqdimatı olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Fatma Hacıyevanın “Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi” kitabının təqdimatı keçirilib.

Universitetin Mətbuat, televiziya və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev qeyd edib ki, iki fəsildən ibarət olan monoqrafiyanın birinci fəsli tədqiqatın pedaqoji və psixoloji əsaslarına həsr edilib, burada nitq mədəniyyəti, nitqə verilən tələblər, nitq və nitq anlayışlarının psixoloji təbiəti, məktəbəqədər yaş dövründən başlayaraq uşaqlarda riyazi söz ehtiyatının artırılması mövzuları öz əksini tapıb. Şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsinə həsr edilən ikinci fəsildə hesab əməllərinin öyrədilməsində riyazi nitqin məzmunu, şagirdlərdə riyazi nitqin inkişaf etdirilməsinin texnologiyası, əsas kəmiyyətlərin təlimi prosesində şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi, məsələ və həlli vasitəsilə şagirdlərin riyazi nitqinin inkişaf etdirilməsi mövzularından bəhs olunub.

Bildirilib ki, kitabdan təkcə orta məktəb şagirdləri deyil, tələbələr də bilik və bacarıqlarını artırmaq üçün istifadə edə bilərlər. Sonda müəllif kitabın çap olunmasında göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiya riyaziyyatın təməldən yaxşı mənimsənilməsində mühüm rol oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM