satellite   Azerspace-1: 11135 H 30000

Xəlil paşa Kutun xatirələri ana dilimizə tərcümə olunub

Xəlil paşa Kutun xatirələri ana dilimizə tərcümə olunub

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev türk yazıçısı Taylan Sorqunun hazırladığı “Xəlil paşa: İttihad və tərəqqidən Cümhuriyyətə bitməyən savaş (xatirələr)” kitabını Türkiyə türkcəsindən dilimizə tərcümə edib.

Bölmənin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, bacarıqlı sərkərdənin keşməkeşli həyatı, mübarizə meydanında yaşadığı hadisələr haqqında qeydə aldığı xatirələri ölümündən 10 il sonra – 1967-ci ildə Türkiyə mətbuatında silsilə şəklində dərc edilib. Sonra isə Xəlil paşa Kutun xatirələri yazıçı Taylan Sorqun tərəfindən kitab halında nəşr olunub. Kitabda Xəlil paşanın ötən əsrin 20-ci illərində Azərbaycanda baş vermiş siyasi hadisələrə özünəməxsus baxışı əks olunub, həmin dövrdə türk-rus, türk-erməni, Azərbaycan-rus-erməni münasibətləri təhlil edilərək Naxçıvan məsələsi əhatəli şəkildə işıqlandırılıb.

Türk sərkərdəsi Xəlil paşanın xatirələrində qeyd etdiyi mühüm hadisələrin, hadisələrə baxışı və təhlillərinin vacibliyini nəzərə alan professor Əbülfəz Quliyev bu qiymətli əsəri ixtisarla dilimizə tərcümə edərək nəşrə hazırlayıb.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüş kitabın redaktoru və ön söz müəllifi akademik İsmayıl Hacıyevdir.

Qeyd edək ki, Xəlil paşa Kut Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidmətləri olan hərbi xadimlərdəndir. Böyük öndər Mustafa Kamal Atatürkün silahdaşı kimi Türkiyə Cümhuriyyətinin qurulması üçün var qüvvəsi ilə çalışan Xəlil paşa türk dünyasının, eləcə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsində, paytaxt Bakının erməni-bolşevik qəsbkarlarından təmizlənməsində, işğaldan azad olunmasında, eləcə də doğma Naxçıvanın erməni hücumlarından qorunmasında fəal iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM