satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetində Əhməd Cavadın 130 illiyi qeyd edilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetində Əhməd Cavadın 130 illiyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində Əhməd Cavadın 130 illiyi qeyd edilib<font color=red> - FOTOLAR</font>

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, “Əhməd Cavad – 130” mövzusunda keçirilən elmi konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. Bildirib ki, latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatının aktiv iştirakçılarından olub. Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.

“Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə olan xidmətlərindən bəhs edib.

Əhməd Cavadı “istiqlalın poetik tərənnümçüsü” kimi təsvir edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov bildirib ki, dilimizin təəssübkeşi kimi Əhməd Cavadın bədii sənətkarlıq keyfiyyətləri zəngindir və onların linqvistik cəhətdən araşdırılması bir sıra poetik dilçilik faktlarının bilinməsinə imkan yaradır.

Konfransda “Azərbaycan dili və ədəbiyyatı” ixtisasında təhsil alan tələbələr şairin şeirlərini qiraət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixində Sərəncam imzalayıb.

Elnarə İslamlı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM